top of page

Azərbaycan Səhiyyə Nazirliyi Rusiya peyvəndini istifadə üçün təsdiqlədi



Azərbaycanın Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.


Nazirlikdən verilən məlumata görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.


Qeyd olunub ki, Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub: "Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi barədə danışıqlar davam etdirilir".


bottom of page