ASK-nın şirkəti nizamnamə kapitalını daha 1,5 milyon manat azaldır
top of page

ASK-nın şirkəti nizamnamə kapitalını daha 1,5 milyon manat azaldır


"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Tütün" MMC nizamnamə kapitalını daha 1,5 milyon manat və yaxud 36,2 % azaldaraq 4 148 675 manatdan 2 648 675 manata endirdiyini elan edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, "ASK Tütün" ötən ilin dekabr ayında kapitalını 2 milyon manat və yaxud 32,5 % azaldaraq 6 148 675 manatdan 4 148 675 manata endirmişdi.

Xatırladaq ki, "ASK Tütün" ASK-ya məxsus “Azərtütün Aqrar Sənaye Kompleksi"nin yenidən təşkil olunması ilə 2021-ci ildə yaradılıb.

bottom of page