top of page

Arıqlamanın ən asan üsulu: MƏDƏ BOTOKSU


Mədə botoksu piylənmənin müalicəsində uğurla tətbiq olunan endoskopik və qısa müddətli prosedurdur.

Mugantv xarici KİV-ə istinadən xəbər verir ki, mədə botoksu yalnız buna uyğun xəstələrə tətbiq etmək vacibdir.

Ümumi Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Cengiz Erenoğlu mədə botoksu ilə bağlı maraqlı sualları cavablandırıb.

- Mədə botoksu necə üsuldur? Mədə botoksu mədənin müəyyən hissələrinə botulinum toksininin endoskopik yeridilməsi əsasında aparılan müalicədir.


- Prosedur nə qədər çəkir? Əməliyyat müddəti təxminən 20-30 dəqiqədir.

- Mədə botoksu ilə nə qədər çəki itirilir? Botoks müalicəsi ilə bədən çəkisinin orta hesabla 10-20%-i verilə bilər.

- Mədə botoksu kimlərə tətbiq olunur? Bədən kütləsi indeksi 27 və yuxarı olan insanlara tətbiq edilir.

- Mədə botoksunun əks təsiri varmı? Mədə botoksu yan təsirləri az olan endoskopik müalicə üsuludur. Dərin sedasyon altında həyata keçirilən ağrısız bir prosedurdur.

bottom of page