"Apple" qan şəkərini ölçən smart saat istehsal edəcək
top of page

"Apple" qan şəkərini ölçən smart saat istehsal edəcək


"Apple" qanda şəkərin ölçülməsi texnologiyasına malik "Apple Watch" üzərində işləyir.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, şirkət bu istiqamətdə artıq müəyyən irəliləyiş əldə edib. Məlumata görə, layihəyə şirkətdə ən məxfi hesab edilən "Exploratory Design Group" şöbəsi rəhbərlik edir. Əgər belə ağıllı saatlar satışa çıxarılsa, çoxlu sayda diabet xəstələrinin diqqətini çəkəcək.


Nəşr yazır ki, ABŞ-da hər on nəfərdən biri şəkərli diabetdən əziyyət çəkir. Onlar əsasən qlükozanı ölçərkən qan almaq üçün dəri deşilməsini tələb edən texnologiyalardan istifadə edirlər.

bottom of page