top of page

ABŞ hərbçiləri Sudandan Amerikanın dövlət qulluqçularını, xarici diplomatları təxliyə edib


ABŞ ordusu Sudandan bütün ABŞ dövlət qulluqçularını və onların ailələrini, eləcə də bir neçə xarici diplomatı – azı 100 nəfəri təxliyə edib.

Bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndələri bildiriblər.

"Əməliyyatda ümumilikdə 100-dən bir qədər çox hərbçi iştirak edib. Hərbçi həmkarlarımız tərəfindən təxliyə edilənlərin sayı 100-dən az olub", - rəsmilərdən biri qeyd edib.

bottom of page