top of page

4 tona yaxın narkotik vasitə və psixotrop maddə müsadirə edilib



Ötən il Azərbaycanda müsadirə edilən narkotik vasitə və psixotrop maddənin miqdarı açıqlanıb.

Muğan.TV xəbər verir ki, 2020-ci ildə 3758,4 kiloqram narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Bu da 2019-cu ilin göstəricisindən 13,3 faiz çoxdur.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin və psixotrop maddələrin 2341,1 kiloqramını heroin, 904,5 kiloqramını marixuana, 277,9 kiloqramını tiryək, 65,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 1,3 kiloqramını kokain, 168,2 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.


Muğan.TV

bottom of page