Ötən il məişət zorakılığına məruz qalan 20 kişi Dövlət Komitəsinə müraciət edib
top of page

Ötən il məişət zorakılığına məruz qalan 20 kişi Dövlət Komitəsinə müraciət edib


2022-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 544 müraciət daxil olub.

Bunu qurumun Hüquqi təminat şöbəsinin müdiri Taliya İbrahimova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda deyib.

O bildirib ki, müraciət edən şəxslərin 20-si kişilər, 475-i qadınlar olub:

"Müraciətlərin 81-i uşaqlarla bağlı olub. Eyni zamanda ötən il 6 ahıl şəxs və 2 cinsi azlıq ailələrində onlara qarşı olan zorakılıqla bağlı bizə müraciət edib. Müraciətlərin 409-u psixoloji, 304-ü fiziki, 5-i cinsi zorakılıqla bağlı olub. Müraciət edənlərdən 301-i əri, 146-sı keçmiş əri, 67-si isə digər qohumları tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər".

bottom of page