top of page

Zelenski və Mitsotakisin Odessaya səfəri zamanı şəhər atəşə tutulub, ölənlər var


Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərini atəşə tutması nəticəsində beş nəfər ölüb.

Muğan tv Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin sözçüsü Dmitro Pletençuk bildirib.

“Düşmən şəhərin liman infrastrukturuna zərbə endirib. Beş nəfər həlak olub”, – hərbi qurumun nümayəndəsi açıqlayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski martın 6-da səhər saatlarında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birlikdə şəhərdə olduğu zaman Rusiyanın Odessaya endirdiyi zərbəni gördüyünü deyib. O həmçinin qeyd edib ki, Rusiyanın bu həmləsi sonucunda ölən və yaralananlar olub.

Comments


bottom of page