Zelenski G7 liderlərinin onlayn görüşünün açılışında iştirak edəcək
top of page

Zelenski G7 liderlərinin onlayn görüşünün açılışında iştirak edəcək


Ukrayna Prezidenti Volodimir Zelenski G7 liderlərinin fevralın 24-də keçirilməsi planlaşdırılan onlayn görüşünün açılışında iştirak edəcək.

Mugantv TASS-a istinadən xəbər verir ki, bu barədə 2023-cü ildə G7-yə sədrlik edən Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno məlumat verib.

O bildirib ki, görüşün əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı planlaşdırılır.

H.Matsuno G7 liderlərinin danışıqlarında Ukraynadakı vəziyyətin diqqət mərkəzində olacağına əminliyini ifadə edib, lakin qarşıdan gələn onlayn görüşün gündəliyinin təfərrüatını açıqlamayıb.

bottom of page