top of page

Zaxarova ATƏT-in seçki hesabatından danışdı - Video


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı hesabatını tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, Zaxarova bu barədə Federasiya Şurasının Dövlət suverenliyinin qorunması və Rusiyanın daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə komissiyasının iclasında danışıb.



O, ATƏT/ DTİHB-in hesabatında yer alan açıqlamaları şərh edərkən bunları deyib: “Nə edirsən et, nə qədər namizəd olursa-olsun, onların hansı platformaları, partiyaları olursa-olsun, heç bir şey önəmli deyil, yalnız bir şeydən – siyasi qərəzdən başqa. Mənim ATƏT/ DTİHB-ə bir sualım var: Onlar, ümumiyyətlə, dövlət üçün kritik vacib anda cəmiyyətin konsolidasiyası anlayışı barədə nə isə eşidiblərmi? Zənnimcə, heç nə eşitməyiblər. Əgər heç nə eşitməyiblərsə, demək, seçkiləri necə müşahidə etmək barədə heç bir təsəvvürləri yoxdur”.




Comments


bottom of page