Zaqatalada yeni fındıq emalı fabriki yaradılır


Zaqatalada yaxın vaxtlarda yeni fındıq emalı fabriki istifadəyə veriləcək.


İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, hazırda müəssisədə son tamamlama işləri aparılır.


İldə 7 min ton fındıq ləpəsi emal etmək gücündə olan fabrikdə 150 iş yeri açılacaq. Ümumi investisiya dəyəri 34,3 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.