Zaqatalada mikroavtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var


Zaqatala rayonunda ağır yol qəzası baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Qandax avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, mikroavtobus qəzaya düşüb. Nəticədə bir nəfər ölüb, bir neçə şəxs isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.