
Uzun müddətdir səhhətində problemlər yaranan Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.
Muğan TV "Report"-a istinadən xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb.
"Azərbaycanın Əməkdar artisti Hacı Zöhrə xanım Abdullayevanı xəstəxanaya yerləşdirdik", - o bildirib.
Qeyd edək ki, Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanıb və səhhətində problemlər yaranıb. Xeyli çəki itirən Z.Abdullayevanın durumu son günlər daha da ağırlaşıb.
Opmerkingen