top of page

“Youtube” süni intellektlə dublyaj funksiyasını istifadəyə verib


“YouTube” “Aloud” adlı yeni süni intellektə əsaslanan dublyaj xidmətini sınaqdan keçirməyə başlayıb. Bu xidmət hazırda bəzi ingilis kanallarında mövcuddur.


Muğan TV-in məlumatına görə, bu alət ənənəvi üsullardan istifadə etməklə tərcümələr yaratmaq üçün lazım olan vaxta və pula qənaət etməklə yanaşı, məzmun yaradıcılarının qlobal bazara sürətlə çıxmasına zəmin yaradacaq. Şirkət “Aloud”un "bir neçə dəqiqə ərzində keyfiyyətli dublyaj" təqdim etdiyini iddia edir. Yeni funksiya əvvəlcə mətn tərcüməsini hazırlayır, daha sonra isə hazırladığı tərcüməni səsləndirir.


Tərcüməni idarə etmək və redaktə etmək imkanına malik olmaqla yanaşı, “Youtube” kanalının sahibləri həm də pulsuz olaraq müxtəlif variantlardan dinamik seçə bilərlər. Bundan əlavə, tərtibatçılar gələcəkdə səs sintezini təkmilləşdirməyi və hətta videodakı şəxsin tempi və dodaq hərəkətləri ilə sinxronlaşmaq üçün neyron şəbəkəni təkmilləşdirməyi vəd edirlər.


Bu funksiya bir sıra “Youtube” kanallarında sınaqdan keçirilir. Hazırda yalnız ingilis, ispan və portuqalya dillərinə dublyaj edilə bilər, gələcəkdə isə daha çox dillər dəstəklənəcək.“Youtube” süni intellektlə dublyaj funksiyasını istifadəyə verib.

Comments


bottom of page