Yaralanandan beş ay sonra şəhid olan hərbçi dəfn olunub - FOTO


Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq 5 ay sonra hospitalda vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Cəfərov Babək Maxsus oğlunun nəşi doğulduğu Samux rayonunun Əlikənd kəndinə aparılıb.


Muğan TV-nin APA-nın yerli bürosuna istinadən verdiyi məlumata görə, şəhid rayonun Qarayeri qəbiristanlığında torpağa tapşırılıb.


Dəfn mərasimində Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.


Qeyd edək ki, Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanan B.Cəfərov 5 ay komada qalıb. İki övlad atası olan B.Cəfərov ötən gün vəfat edib.


Xatırladaq ki, B.Cəfərov Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.


Allah rəhmət eləsin!