Yaponiyanın Baş naziri Ukraynaya səfər edəcək
top of page

Yaponiyanın Baş naziri Ukraynaya səfər edəcək


Martın 21-də Yaponiyanın Baş naziri Fumio Kisida Ukraynaya səfər edəcək.

Bu barədə Yaponiyanın “NHK” telekanalı hökumət nümayəndəsinə istinadən məlumat yayıb.

Telekanala görə, səfər çərçivəsində ölkənin hökumət başçısı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Qeyd edək ki, bu, F. Kisidanın Rusiyanın hərbi təcavüzü başlayandan bəri Ukraynaya ilk səfəridir. O, Yeddilik Qrupu (G7) ölkələrinin başçılarının Ukraynaya səfər etməmiş sonuncu lideri idi.

bottom of page