Yaponiya və ABŞ KXDR-in raket buraxılışından sonra təlimlərə hazırlaşır
top of page

Yaponiya və ABŞ KXDR-in raket buraxılışından sonra təlimlərə hazırlaşır


Yaponiya və ABŞ fevralın 18-də KXDR tərəfindən qitələrarası ballistik raketin buraxılışından sonra döyüş təyyarələrinin iştirakı ilə birgə təlimlərə hazırlaşır.

Mugantv xəbər verir ki, bu barədə "Fuji TV" məlumat yayıb.

Təlimlər fevralın 19-da baş tuta bilər. Manevrlərə Yaponiya özünümüdafiə qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançı təyyarələrinin cəlb olunacağı gözlənilir.

KXDR ordusu fevralın 18-də “Hvason-15” qitələrarası ballistik raketi buraxıb. O, 989 km uçaraq 5 768,5 km yüksəkliyə çatıb və Yapon dənizində saxta hədəfi uğurla vurub.

Yaponiya hakimiyyət orqanlarının məlumatına görə, raket Hokkaydo adasından 200 km qərbə düşüb.

bottom of page