Yanvarda 300 milyon dollarlıq təbii qaz ixrac olunub


SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, yanvar ayında ölkədən 1 milyard 805,6 milyon kubmetr təbii qaz ixrac edilib. Ay ərzində ixrac edilən təbii qazın dəyəri isə 293,88 milyon ABŞ dolları olub.


Muğan TV AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.