Yaşı 40-dan yuxarı şəxslər artıq poliklinikaya gəlməyə başlayıb - Baş həkimin müavini


Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin vaksinasiyasına start verilib.


Muğan TV Trend-ə istinadən xəbər verir ki, Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev bildirib ki, bu kateqoriyadan olan şəxslərin səhər saatlarından etibarən onlayn növbə tutmaqla və ya birbaşa müraciətlə poliklinikada peyvəndlənməsi aparılır.


Baş həkimin müavini əlavə edib ki, yanvar ayının 18-dən etibarən ölkədə başlanan vaksinasiya prosesi çərçivəsində bu günə kimi poliklinikada 3 mindən artıq şəxsə peyvənd vurulub.