top of page

Xudatda 4 bələdiyyə sədri və sahibkar cərimə edilib


Xaçmaz rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.


DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Muğan TV-yə verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin, eləcə də Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri birgə tədbirlər zamanı rayonun müxtəlif ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.


İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduqlarına görə 4 bələdiyyə sədri, eləcə də 1 obyekt sahibi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Röya Ağayeva

Comments


bottom of page