top of page

Xaricə gedən 10 minə yaxın ukraynalı çağırışçı ölkəyə qayıtmayıb


“Yol” sistemi ilə ölkəni tərk edən hərbi yaşda olan 10 minə yaxın ukraynalı geri qayıtmayıb. Eyni zamanda, bütün xaricə gedənlərin təxminən 11%-ni çağırışçılar təşkil edib.

Bu barədə Ukraynanın “Qlavkom” nəşri məlumat yayıb.

Qeyd olunub ki, “Yol” sisteminə 96 442 nəfər hərbi yaşda olan kişi daxil olub: “Onlara geri qayıtmaq şərti ilə Ukraynanı tərk etməyə icazə verilib. 66374 nəfər xaricə səyahət etmək üçün verilən icazədən uğurla istifadə edib”,

Eyni zamanda, Ukraynanı tərk edənlərin əksəriyyətinin Volın, Ternopil, Lvov vilayətlərində yaşadığı bildirilib.

תגובות


bottom of page