Muğan tv xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik Zaur Nəsirov Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Xankəndi Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, 1980-ci il təvəllüdlü Z.Nəsirov Xankəndidə anadan olub. O, Bakı şəhər Xətai rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini və 2021-ci ildən isə Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.
top of page
bottom of page
Commentaires