top of page

Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb


Xankəndidə 33 ildən sonra dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb.

Bu barədə Muğan tv-yə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən bildirilib.

Körpənin valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi şəhərində çalışan əməkdaşı Abdullayev Abbas Məmməd oğlu ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Namazlı Səadət Faddin qızıdır.

Mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə Xankəndi şəhərində mənzil verilib. Qeyd edək ki, İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, doğulan körpənin cinsi kişi, çəkisi 3 000 qr, boyu 49 sm-dir.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Comentarios


bottom of page