top of page

Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlayıblar.

Bu barədə Muğan tv-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 17-də və 18-də Xankəndi şəhəri ərazisində 12 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 11 ədəd qumbara, 7 alışdırıcı, 58 ədəd patron darağı, 1944 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


コメント


bottom of page