Xalis maliyyə aktivləri 524,4 milyon dollar artıb


2021-ci ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri 524,4 milyon dollar artıb.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (106,2 milyon dollar), portfel investisiyaları (76,2 milyon dollar) və digər investisiyalar (342 milyon dollar) hesabına formalaşıb. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 538,8 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (121,3 milyon dollar), neft bonusu (450,5 milyon dollar), portfel investisiyaları (-1,1 milyon dollar) və digər investisiyalar (-31,9 milyon dollar) hesabına formalaşıb.