Xaçmazda Milli Qəhrəman Yavər Şahbazovun ailəsi ziyarət edilib


Xaçmazda Novruz bayramı ərəfisndə şəhid ailələri və Qarabağ qazirləri ilə görüşlər davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti belə görüş rayonun Çaykənarı kəndində Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun ailə üzvləri və qazi Ağagül Bayramovla keçirilib.

Rayon rəhbərliyi əvvəlcə Milli Qəhrəman Yavər Şahbazov və Vətən müharibəsi şəhidi Nazir Xurşudovun məzarını ziyarət edib, ruhlarına dualar oxunub.

Görüşlərdə bildirilib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsi daim yaddaşlarda qalacaq. Uzun illərdir işğal edilən torpaqlarımız məhz onların göstərdiyi şücaət nəticəsində azad olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan döyüşlərdə ordumuz bütün dünyaya qüdrətini sübut edərək, şəhidlərimizin qanını yerdə qoymadı.

Yavər Şahbazov 1973-cü il noyabrın 1-də Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. Orta məktəbdə oxuduğu illərdə vətənpərvərliyi ilə müəllimlərinin və sinif yoldaşlarının diqqətini çəkib. Yavər Şahbazov 1995-ci il martın 13-də dövlət çevrilişinə cəhdin qarşısını alınması zamanı qiyamçıların atəşi altında qalan döyüş yoldaşlarını xilas edərkən qəhrəmanlıqla həlak olub.

Şəhid ailələrinə və qazilərə bayram sovqatları təqdim olunub.