top of page

Xaçmazda ev sakinlərini öldürüb evi yandıran şəxsi polis ifşa edib



Cari ilin aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub.


DİN-in mətbuat xidmətindən Muğan TV-yə bildirilib ki, polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb.


Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlanılaraq istintaqa təhvil verilib.


İlkin məlumata görə, cinayət hadisəsi pul mübahisəsi ilə bağlı olub.


Araşdırmalar davam etdirilir.

Comentarios


bottom of page