Vətən müharibəsi şəhidi torpağa tapşırılıb




Vətən müharibəsi zamanı yaralanaraq 5 ay komada qalan şəhid Balakişiyev Zamin Dadaş oğlunun nəşi dəfn edilmək üçün Sabirabad rayonuna gətirilib.


Muğan TV xəbər verir ki, əsgər Balakişiyev Zamin Dadaş oğlu dünən müalicə aldığı hospitalda vəfat edib.

Şəhid əsgər vida mərasimindən sonra doğulduğu rayonun Qaralar kəndində dəfn edilib.


Şəhidimiz nişanlı idi.


Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub.


Ali Baş Komandanın sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!