Vüqar Səfərli YAP-dan qovuldu - Rəsmi



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Muğantv.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında YAP-ın mətbuat katibi Hüseyn Paşayev deyib. O bildirib ki, V.Səfərli Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın rayon Şurasının üzvlüyündən azad edilib.

Qeyd edək ki, bir müddət əvvəl V.Səfərli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.