Ukraynaya giriş qaydaları sərtləşdirildi
top of page

Ukraynaya giriş qaydaları sərtləşdirildi


Ukrayna Nazirlər Kabineti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkəyə giriş qaydalarını sərtləşdirib.

Muğan Tv-i qafqazinfo-ya istinadla xəbər verir ki, səhiyyə naziri Maksim Stepanovun brifinqdə verdiyi məlumata görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, bütün xarici ölkə vətəndaşları üçün Ukraynaya giriş zamanı PCR testi tələb ediləcək. PCR (Polimeraza Zəncirvari Reaksiya) testi 48 saatdan gec olmayaraq təqdim edilməlidir.

Qeyd edək ki, koronavirusa yoluxma halları artdığından, Ukraynanın bir çox vilayətləri "qırmızı zona" elan edilib və karantin şərtləri sərtləşdirilib.


bottom of page