top of page

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun ölkədən çıxışı məhdudlaşdırılıb


Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun ölkədən çıxışı məhdudlaşdırılıb.


Muğan TV-i report-a istinadən xəbər verir ki, bu barədə keçmiş prezidentin mətbuat xidməti məlumat yayıb.


Belə ki, hazırda Ali Radanın (parlament) deputatı olan P. Poroşenkonun hərbi rejim zamanı xarici ezamiyyətə icazə ilə bağlı parlament rəhbərinin rəsmi icazəsi olmasına baxmayaraq bu gün Ukraynanın sərhədindən xaricə buraxılmayıb.


Ukrayna rəsmi orqanları bu barədə heç bir açıqlama verməyiblər.



Röya Ağayeva

Kommentare


bottom of page