top of page

Ukraynanın axtarış qrupları itkin düşmüş 500-ə yaxın hərbçinin meyitini tapıb


Rusiyanın hərbi təcavüzü başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin axtarış qrupları itkin düşmüş ukraynalı döyüşçülərin 500-ə yaxın meyitini tapıblar.

Mugantv “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Mülki-Hərbi Əməkdaşlıq Mərkəzi İdarəsinin rəisi polkovnik Volodimir Lyamzin bildirib.

“Tammiqyaslı işğalın əvvəlindən və bu il aprelin 20-dək hərbi axtarış qruplarımız tərəfindən yarım mindən bir qədər az həlak olmuş müdafiəçilərimizin meyiti tapılıb. İşğalçıların isə yarım mindən bir qədər çox meyiti tapılıb. Onlar toplanaraq müəyyən anbar yerlərinə təhvil verilib”.

Lyamzinin sözlərinə görə, axtarış qrupları 600-ə yaxın yeri araşdırıb.

O həmçinin izah edib ki, Ukrayna Silahlı Qüvvələrinin axtarış qrupları itkin düşmüş şəxslər üzrə müvəkkilinin aparatının əməkdaşlarının çata bilmədiyi yerlərdə iş aparır.

2023-cü ilin aprelinə olan məlumata görə, təxminən 7 000 Ukrayna hərbçisi itkin düşmüş hesab olunur.

Comments


bottom of page