top of page

Ukraynalı hərbi ekspert: "Əsas hadisələr yazın sonunda gözlənilir"


"Nikbin yanaşsaq, əks hücum əməliyyatlarının başlaması təxminən aprelin ikinci yarısına təsadüf edəcək. Əsas hadisələrin yazın sonu, yayın əvvəli cərəyan edəcəyi gözlənilir".

Ukrayna hərbi eksperti Maksim Yali bildirib.

Onun sözlərinə görə, ukraynalı tankçılar həmin texnika idarə etməyi öyrənirlər:

"Təəssüf ki, hələlik kifayət qədər silah almamışıq. Yenicə ilk tankların tədarükünə başlanılıb. Polşa vəd etdiyi tankları artıq təqdim edib, Almaniyanın isə martın sonu üçün təqdim edəcəyi gözlənilir. Digər ölkələrdən də tədarüklər gözlənilir. Polşa bundan əlavə 60 modernləşdirilmiş tank təqdim etməyi vəd edib. Bu silahların gəlməsi üçün azı 1 ay vaxta ehtiyac var".

M.Yali vuğulayıb ki, əks-hücum əməliyyatlarının nə dərəcədə uğurlu olması Ukraynaya təqdim olunacaq silahların həcmindən asılı olacaq:

"Ərazilərimizi 2023-cü ildə tamamilə azad etmək ehtimalımıza gəlincə, nikbin ssenarilər var ki, bu da bizə uzaqmənzilli sistemlərin, ilk növbədə ATACMS raketlərinin verilməsini nəzərdə tutur. Bu bizə düşmən logistikasını məhv etmək və daha sonra uğurlu hücum ssenarini həyata keçirmək üçün lazımdır. Xersonda da eyni ssenari həyata keçirilmişdi. Belə ki, təchizat yolları bağlandığından rusiyalılar şəhəri döyüşsüz tərk etmək məcburiyyətində qalmışdılar. Bizə Krımdan təchizatın qarşısını almaq lazımdır ki, bunun üçün Melitopol şəhəri azad edilməlidir. Mariupola gəlincə, orada Volnovaxa vasitəsilə dəymiryolu ilə daha bir təchizat xətti var. Orada Mariupoladək 80 km-lik məsafə var. Bu bizim nikbin ssenarimizdir. Lakin bizim əsas təchizatçımız və tərəfdaşımız olan ABŞ-ın hesablamasına görə, bizə təqdim olunan yardım yayın sonunadək kifayət etməlidir. Yayın əvvəlinə vəziyyət müəyyənləşəcək. Ya biz Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Budanovun da dediyi kimi Krım da daxil olmaqla, işğal altında olan bütün ərazilərimizi azad edəcəyik, ya da hər iki tərəfin resursları bitəcək. Uğurlu əks-hücum əməliyyatı nəticəsində Xarkov vilayətini, o cümlədən Xerson şəhərini azad etdiyimiz zaman da belə olmuşdu. Həmin vaxtdan etibarən resurlarımız bitdiyindən biz güc toplamağa çalışır, müdafiə olunuruq. Ötən ilin yayında da bir neçə ay ərzində belə olmuşdu. Ssenarilər təkrarlanır, hər şey bizim Qərbdəki tərəfdaşlarımızın öz vədlərini nə dərəcədə tutacağından asılı olacaq. Tanklar məsələsində də belə oldu. Əvvəlcə vəd verildi, sonra vədi icra etmək üçün imkanlarının olmadığını iddia etməyə başladılar. Təəssüf ki, belə hallar da olur. Buna görə də, indiki halda yayın sonundan sonraya proqnoz irəli sürməyin heç bir mənası yoxdur. Həmin vaxt vəziyyət daha aydın olacaq – ya danışıqlar üçün imkan yaranacaq, ya da gələcək əks-hücumlar üçün güc toplamaqda davam edəcəyik", - deyə, o, əlavə edib.

コメント


bottom of page