top of page

Ukraynada Rusiyaya məxsus helikopter vurulub


Ukraynanın 47-ci mexanikləşdirilmiş əlahiddə briqadasının döyüşçüləri Rusiyaya məxsus “Alliqator” Ka-52 tipli helikopteri vurublar. Muğan tv xəbər verir ki, bu barədə məlumatı “RBK-Ukraina” yayıb.

Hərbi mütəxəssislərin bildirdiyinə görə, bu helikopterin qiyməti 16 milyon dollardır.

Helikopterin heyət üzvlərinin taleyi barədə məlumat verilməyib.

Комментарии


bottom of page