top of page

Ukraynada məhv edilən Rusiya hərbçilərinin sayı 185 mini ötüb


Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 185 050 hərbçisi məhv edilib.

Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, son sutka ərzində 630 Rusiya hərbçisi zərərsizləşdirilib.

Belə ki, Rusiya ötən gecə İran istehsalı olan “Şahed” PUA-lar vasitəsilə Ukraynanın paytaxtı Kiyevə hücum edib. Ölkə müdafiəçiləri 10 “Şahed”dən 8-ni sıradan çıxarıblar. Məlumatda qeyd edilib ki, bu, son 25 gün ərzində Kiyevə ilk hücum olub.

Paytaxta hücum zamanı itki və dağıntıların olub-olmaması barədə məlumat yayılmayıb.

Eyni zamanda Ukraynanın Poltava vilayətində mülki infrastrukturlara hücum nəticəsində yanğın baş verib. Burada isə itki və dağıntının olmadığı bildirilib.

Baş Qərargahın məlumatında vurğulanıb ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 668 tank, 7 083 zirehli maşın, 2 394 operativ-taktiki PUA, 2 827 artilleriya sistemi, 285 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 5 713 avtomobil və tanker, 911 qanadlı raket, 18 gəmi və kater, 334 xüsusi texnikadan ibarətdir.

Comments


bottom of page