top of page

Ukraynada hakim partiyanın deputatının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib



Ukrayna Ali Radası hakim “Xalqın xidmətçisi” partiyasının deputatı Andrey Xolodovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.


Muğan TV xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak “Telegram”da yazıb.

Ukrayna KİV-in məlumatına əsasən, Xolodov Rusiyanın Ukraynadakı hərbi əməliyyatları başlayandan indiyə qədər 12 dəfə ölkəni tərk edib, sonuncu dəfə bu ilin yanvarında gedib və bir daha ölkəyə qayıtmayıb.


Həmçinin əlavə olunub ki, bir müddət əvvəl Xolodov özü istefa ərizəsi ilə müraciət edib və bundan sonra 6 ay ərzində parlamentin iclaslarına qatılmayıb, səsvermələrdə iştirak etməyib.


Xatırladaq ki, məmurların xaricə getməsi ilə bağlı yaranan qalmaqallardan sonra ötən ayın 25-də Ukrayna Prezidenti Vladimir Zelenski bütün deputatlara və məmurlara ölkəni tərk etməmək tələbi irəli sürüb və növbəti gündən etibarən Ukrayna sərhədçiləri bütün məmurların və deputatların Prezident Ofisinin icazəsi olmadan ölkəni tərk etməsinin qadağan edildiyi barədə əmr alıblar.


Röya Ağayeva


Comments


bottom of page