top of page

Ukrayna və Türkiyə müdafiə nazirləri telefonla danışıb



Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın müdafiə naziri Oleksiy Reznikov arasında telefon danışığı olub.


Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.


“Ukrayna limanlarında gözləyən ticarət gəmilərimizin və A400M təyyarələrimizin Türkiyəyə təhlükəsiz daşınmasının müzakirə edildiyi danışıqda nazir Akar tez bir zamanda atəşkəsin əldə olunmasının vacibliyi və Türkiyənin indiyə qədər olduğu kimi, Ukraynaya humanitar yardım məsələlərində üzərinə düşəni etməyə davam edəcəyini bir daha vurğulayıb", - qeyd olunub.

Comentários


bottom of page