top of page

Ukrayna hərbçiləri ötən gecə İran istehsallı 35 dron məhv ediblər


Ötən gecə Ukraynaya hücum edən İran istehsallı 35 dron məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsində bildirilib.

“Mayın 8-də gecə düşmən yenidən Ukrayna ərazisinə İranın “Şahid” zərbə PUA-larını tətbiq edərək hücum edib. 35 drondan 35-i müdafiəçilərimiz tərəfindən məhv edilib”, - məlumatda qeyd olunub.

Comments


bottom of page