top of page

Ueyn Runinin 11 illik rekordu təkrarlanıb


İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Ueyn Runinin 11 illik rekordu təkrarlanıb.

Mugantv xəbər verir ki, “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşford Premyer Liqanın VIII turundan təxirə salınmış oyunda “Lids”in qapısına qol vurmaqla buna nail olub.

26 yaşlı forvard 2012-ci ildən bəri “Old Trafford” stadionunda ölkə çempionatının ardıcıl 6 matçında fərqlənən ilk oyunçu olub. Axırıncı dəfə bunu məhz Runi bacarıb.

Qeyd edək ki, “Mançester Yunayted” - “Lids” qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Reşford cari mövsüm Premyer Liqada keçirdiyi 22 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.

Commentaires


bottom of page