Türkiyə Prezidenti: Azərbaycanla bağlı proseslər müsbət istiqamətdə davam edir
top of page

Türkiyə Prezidenti: Azərbaycanla bağlı proseslər müsbət istiqamətdə davam edir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan sağalaraq işinə geri dönüb.

MUĞAN TV AZƏRTAC-a istinadla xəbər verir ki, koronavirusdan sağaldıqdan sonra ilk cümə namazını İstanbulun Çamlıca məscidində qılan Türkiyə Prezidenti mediaya açıqlama verib.

Xəstəlik dövründə ondan ötrü narahatlığını bildirənlərə təşəkkürünü ifadə edən Türkiyə Prezidenti xəstəliyi rahat keçirdiyini bildirərək deyib: “Əlbəttə ki, peyvənd mütləq şəkildə kömək etdi. Mən iki “Snovac” və üç “Biontech” peyvəndi vurdurmuşam. Bu peyvəndlərin təsiri sayəsində xəstəliyi yüngül keçirdim. Yəni, faktiki olaraq 4-5 gün ərzində sağaldıq. Cümə namazı ilə xalqımla birləşmək istədim”.

Xəstəlik dövründə işlərini evdən davam etdirdiyini vurğulayan Türkiyə Prezidenti gələn həftənin ilk günü Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyini deyib.

Dünyada baş verən hadisələri evdən izlədiyini bildirən Prezident Ərdoğan qeyd edib: “Rusiya-Ukrayna böhranı ilə bağlı atdığımız addımlar var. Ukraynaya səfərimdən sonra bəzi ölkələr Türkiyəni izləyir. Onlarla da görüşlərimizi davam etdirdik. Azərbaycanla bağlı proseslər müsbət istiqamətdə davam edir. Təbii ki, dünya ilə əlaqəsi kəsilmiş siyasət, liderlik yoxdur. Biz dünyada baş verən prosesləri yaxından izləyirik”.

bottom of page