
Nazirlər Kabinetinin Qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına dəyişiklik edilib. Qərara əsasən müvafiq şərtlər daxilində şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.
"ASAN xidmət"dən verilən məlumata görə, şənlik mərasimlərinin keçirilməsi üçün icazə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icaze.e-gov.az portalından əldə olunmalıdır. Portalın fəaliyyəti 26 iyun tarixindən etibarən Mərkəz tərəfindən aktivləşdiriləcək.
Commentaires