Toy qadağan edilsə də, onlar toysuz qalmadı
top of page

Toy qadağan edilsə də, onlar toysuz qalmadı


Bir ilə yaxındır ki, pandemiya səbəbindən toy, digər el şənlikləri, böyük tədbirlərin keçirilməsinə qadağa qoyulub. Sənət adamları bu müddət ərzində həm maddi sıxıntı yaşadıqlarını, həm də səhnə üçün darıxdıqlarını dəfələrlə açıqlayıblar. Son bir neçə aydır ki, şou-biznes nümayəndələri Rusiyaya üz tutmağa başlayıblar. Kimisi toy aparmağa, kimisi də konsert etməyə yollanıb. Hətta bəzi ifaçılar aylardır köçüb orada yaşayırlar.


Muğan TV axşam.az-a istinadən bildirir ki, toysuz qalmayan tanınmışların siyahısını təqdim edir:

Əməkdar artist Könül Kərimova Rusiyaya həm toy, həm də konsert üçün gedib. Müğənni hətta Novruz bayramı münasibətilə Moskvada restoranlardan birində keçiriləcək konsertə qatılacaq.


Müğənni Fədayə Laçın bir ildən çoxdur Rusiyadadır. İfaçı orada həm toylara, həm də konsertlərə qatılır. Fədayə pandemiyada maddi sıxıntı çəkməməmik üçün orada qalmaq qərarı verdiyini bir neçə dəfə açıqlayıb.


Müğənni Şəbnəm Tovuzlu bir neçə ay əvvəl konsert üçün Rusiyaya yollanmışdı. Sənətçi həm ziyarət, həm ticarət deyib, toy dəvətlərini də qəbul edib. Ötən həftə Bakıya qayıdan Şəbnəm yenidən Rusiyaya üz tutub. Müğənni açıqlamalarından birində ilk səfərində yüz minə yaxın pul qazandığını söyləmişdi. O, banka olan 48 min borcunu da bağladığını bildirib.


Müğənni Zenfira İbrahimova da artıq 6 aydan çoxdur ki, Rusiyaya gedib. Sənətçi orada konsertlərə qatılmasa da, hər gün toy məclislərində yer alır.


Əməkdar artist Mətanət İsgəndərli də bir neçə aydır Rusiyadadır. Oraya konsert üçün gedən müğənni daha sonra toy məclislərinə qatılıb. İfaçı həmçinin orada Novruz bayramı ilə bağlı restoranlarda keçirilən şou-proqramlara da qatılıb.


Aparıcı Sərxan Kərəmoğlu da işsizlikdən Rusiyaya üz tutub. O, yaratdığı "Qayınana" qrupu ilə toylara, konsertlərə qatılır. Sərxan məclislərə daha çox aparıcı kimi yox, müğənni kimi gedir.


Müğənni Tacir Şahmalıoğlu övladı Şahmalı ilə birlikdə Sankt-Peterburqa yollanıb. O bildirib ki, dostları ona orada iş təklif ediblər. Tacir də təklifi qəbul edib və işləmək üçün oraya üz tutub.


Müğənni Aqşin Fateh də Rusiyaya toya dəvət alanlar sırasında yer alıb. Sənətçi bir neçə dəfə bunun üçün Moskvaya gedib.


bottom of page