top of page

“Togg”un sifarişləri 100 mini ötüb


Bir həftə ərzində Türkiyənin yerli və milli elektromobil brendi olan “Togg” üçün öncədən sifarişlərin sayı 100 mini ötüb.

Bu barədə Türkiyənin Avtomobil Təşəbbüs Qrupu məlumat yayıb.

Məlumatda deyilir ki, ilkin sifarişdə iştirak üçün son tarix martın 27-si olsa da, nəqliyyat vasitələrinin sahibləri martın 28-i tarixdə tirajla rəsmi olaraq müəyyən ediləcək.

Qeyd edək ki, elektromobilin ön sifarişləri 16-27 mart tarixlərində həyata keçirilir. Şirkət martın 16-da 4 saata 7 734, 24 saata 22 150 avtomobil sifarişi qəbul edib. Bu göstərici 3 günə 41 min olduğu halda 7 günün tamamında 100 minə çatıb.

Xatırladaq ki, 2022-ci ilin oktyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın test sürüşü edib. R.T.Ərdoğadan sonra avtomobil üçün ön sifariş verən ilk şəxs Azərbaycan Prezidenti İlham Əliyevdir. Ölkə başçısı 2 “Togg” avtomobili sifariş verib.

Comentários


bottom of page