TOFAŞ avtomobil zavodu Bursadakı fabrikini 24 günlük müddətinə müvəqqəti bağlayır.
Muğan TV TurkicWorld-a istinadla xəbər verir ki, Tofaş avtomobil zavodu 24 günlük
istehsala fasilə verir. Avtomobil zavodu Tofaş, Bursa fabrikindəki istehsal xətlərində planlı icazə istifadəsi, planlı təmir və investisiya işləri ilə əlaqədar olaraq istehsalı 24 gün müddətinə dayandırır.
"Şirkətimiz Bursa fabrikində 7-30 avqust 2023-cü il tarixləri arasında istehsal xətlərində aparılacaq planlı təmir işləri ilə əlaqədar olaraq, istehsalı müvəqqəti dayandıracaq. Sözügedən müddət ərzində əməkdaşlarımız illik məzuniyyət hüquqlarından istifadə edəcəklər və yalnız təmir və təftiş işləri aparılacaq", - deyə zavod tərəfindən verilən bəyanatda göstərilib.
Comments