Teleaparıcı Vüsalə Əlizadənin " Həyat " adlı şeiri işıq üzü görüb.


Aparıcı bu şerinə ekran həyatı verib.Rejissor Nail Naiboğlunun lentə aldığı klipdəki baş verənlər real həyatda qarşılaşa bildiyimiz hadisələrdi. Klipdə bir neçə məşhur simalarla bərabər ,xalq artisti Nübar Novruzova və Vüsalə Əlizadənin qızı Diləkdə yer alıb.


Muğan TV-nin məlumatına görə, çəkilişlər müxtəlif məkanlarda baş verib.Klipin sonunda Vüsalə Əlizadə " yenidən həyata davam etməsi" səhnəsi yer alır.

Teleaparıcının bu yeni işi onun həyatının ən ağır günlərində ərsəyə gəlib.O " Hayatı " həyatla mübarizə apardığı bir vaxtda yazıb.


" Həyat adlı şerim mart ayının 15-i təqdimat etməyimin əsas səbəbi ,mən bu tarixdə yenidən həyata qayıtmağımdır.Ağır böyrək əməliyyatı keçirtmişdim.Şeiri gecə saat 4 də yazmışdım.Səhər yuxudan oyandım,elə bildim yuxuda yazmışam.


Əməliyyat vaxtında komaya düşmüşdüm.İlk əməliyyat olundum,palataya köçürüldüm.Daha sonra daxili qanaxma oldu və 3 gün komada qaldım.Həyatla mübarizə apardığım günün məhsuludur mənim " həyat"ım.


Klipi Nail Naiboğluna həvalə etdim .İdeya

müəllifi özüməm və klipdə bütün fikirlərim Nail həyata keçirtdi.Qızım Diləkdə klipdə rol alıb.Əgər əvvəllər tək özümə ,qızıma görə yaşayırdımsa bu gün Diləyim üçün yaşayırqm.Mənimdə həyatım odur".


Klipdə Vüsalə Əlizadə ruhdur. O hərkəsi kənardan görür.Hərkəsin ağrılı-acılı,sevincli günlərinin şahidi olur.Bu klipdə hamı özünü tapa bilər.


Qeyd edək ki,klipin təqdimatı ilk dəfə canlı yayında baş tutub.Atvnin efirində yayımlanılan "7 Canlı " verilişində klip tamaşaçılara təqdim olunub.