Tedo Caparidze: "Qarabağ münaqişəsinin həlli ilə regiondakı vəziyyət dəyişdi"


“Azərbaycan ilə Gürcüstan arasında həmişə dost, qardaş münasibətləri olub”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın sabiq xarici işlər naziri Tedo Caparidze ADA Universitetində təşkil olunmuş “Azərbaycan – Gürcüstan strateji münasibətləri” adlı onlayn konfransda bildirib.

“Qarabağ münaqişəsinin həllindən sonra regiondakı vəziyyət tamamilə dəyişdi. Azərbaycan Prezidenti İlham Əliyev son nitqində regionun gələcəyinin iqtisadi əməkdaşlığa bağlı olduğunu özünəməxsus tərzdə vurğulayıb. Azərbaycanda Gürcüstanla bu əlaqələrin əhəmiyyətini dərk etdiklərini bilirik”, – gürcüstanlı diplomat deyib.