Mayın 28-də Gürcüstanın paytaxtı Tbilisi səhərinin ən hündür parkında - Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Muğan tv "Report"un yerli bürosuns istinadla xəbər verir ki, teleqüllə və körpü 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə işıqlandırılıb.
İşıqlandırılma Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilib.
Comments