Gürcüstanın paytaxtı Tbilisidə parlamentin yaxınlığında keçirilən etiraz aksiyasında polisə hücum edən şəxs həbs olunub.
Muğan tv xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, mayın 13-də 1983-cü il təvəllüdlü G.O. parlamentin yaxınlığında keçirilən etiraz aksiyasında Daxili İşlər Nazirliyinin əməkdaşlarına fiziki təzyiq göstərib. Aksiya zamanı saxlanılan şəxs polis məmurlarını dirsək və yumruqla vurmaqla onları yaralayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə istintaq aparılır.
Comments