top of page

Tbilisidə aksiya zamanı DİN-in bir əməkdaşı yaralanıb




Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının ətrafında keçirilən aksiyada Daxili İşlər Nazirliyinin bir əməkdaşı yaralanıb.

Muğan tv xəbər verir ki, parlament binasının arxa girişində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşma olub.

Polis hazırda aksiya iştirakçılarının parlament binasının arxa girişindən çıxarmağa çalışır.

Daxili İşlər Nazirliyi parlamentin yaxınlığında keçirilən aksiyanın iştirakçılarını bir daha asayiş keşikçilərinin göstərişlərinə tabe olmağa, zorakı hərəkətlərdən və polis əməkdaşlarına hücumlardan çəkinməyə çağırır.

“Mitinq iştirakçıları qanunsuz əməllərini davam etdirsələr, Daxili İşlər Nazirliyi qanunda nəzərdə tutulmuş xüsusi tədbirləri tətbiq edəcək.Bir daha qeyd edirik ki, hər bir qanun pozuntusuna polis tərəfindən müvafiq hüquqi cavab veriləcək”, - məlumatda deyilir.

コメント


bottom of page