Tayvanda iki qırıcı havada toqquşdu
top of page

Tayvanda iki qırıcı havada toqquşdu


Tayvan Hava qüvvələrinə məxsus iki qırıcı F-5E yüngül təlim-döyüş təyyarəsi qəzaya uğrayıb.


Muğan TV Trend-ə istinadən xəbər verir ki, bu barədə Tayvan mərkəzi xəbər agentliyi məlumat verib.


Hadisə eyni tipli dörd hərbi təyyarənin iştirak etdiyi təlim uçuşu zamanı cənub əyaləti Pindun sahillərində baş verib. Ehtimal edilir ki, təyyarələr havada toqquşublar. Hər iki pilot katapulta edə bilblər.


Fəlakət zonasında helikopterlər və sahil mühafizə gəmilərinin iştirakı ilə axtarış əməliyyatı başladılıb.



bottom of page